Mingəçevirdə avtomobil 4 piyadanı vurub, 40 yaşlı qadın və 3 yaşlı körpə ölüb – YENİLƏNİB-2

Mingəçevir şəhərində bir ailənin 4 üzvünü maşın vurub, 2 nəfər ölüb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, hadisə zamanı ağır bədən xəsarətləri alan, 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynova yerləşdirldiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***8:19

Yaralı piyadalardan biri xəstəxanada keçinib.

“Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin bayraq meydanında avtomobil tərəfindən vurularaq ağır xəsarət almış 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə şəhərin bayraq meydanında baş vermişdi.

Belə ki, iyulun 15-i axşam saatlarında yolu keçmək istəyən bir ailənin dörd üzvünü maşın vuraraq ağır xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


***22:10

Mingəçevir. 15 iyul. REPORT.AZ/ Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə bayraq meydanında baş verib.

Belə ki, “Mercedes” markalı maşın yolu keçmək istəyən 4 piyadanı vurub. Onlardan ikisi qadın biri kişi biri isə azyaşlı körpəsi. Yaralılar xəstəxanaya çatdırılıb.

Yaralılar:

Nəsibova Labidə Zülfüqar qızı

Nəsibov Zülfüqar Rəmzi oğlu

Hüseynova Gülnar Zülfüqar qızı

Hüseynova Mələk Pərviz qızı

Faktlla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR