Nabranda dənizdə 4 nəfər batıb – SİYAHI

Nabranda 4 nəfər dənizdə batıb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

Qocayeva Aysel Əfqan qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun meyitləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.

  DİGƏR XƏBƏRLƏR