O, dəfələrlə təyyarə, qatar, avtomobil qəzalarına düşüb, amma ölməyib – Sonda isə…

Dünyanın ən şanslı şanslı və şanssız adamı Frenk Selak

Xorvatiyada adi musiqi müəllimi olan Frenk Selak dünyada bəlkə də ən maraqlı həyat hekayəsi olan şəxsdir. Bəzilərinin fikrincə o dünyanın ən şanslısı, bəzilərinə görə isə ən şansızıdır.

Minval.İnfo xəbər verir ki, onun inanılmaz həyat hekayəsi 1962-ci ilin bir qış günündə başlayır. Frenkin də içində olduğu Saray Bosniadan Dubrovnikə gedən qatar reyslərdə yaranan problem nəticəsində buzlu gölə düşür. Bütün sərnişinlər donaraq ölsə də Frenk üzərək öz canını qurtara bilir.

Ancaq bu hadisə onun üçün sonuncu bədbəxt hadisə olmur. Bundan sonraki 40 il ərzində Frenk belə qəzalarla tez-tez qarşılaşmalı olur. Qəzadan iki il sonra Frenk təyyarə ilə Riejaka uçarkən təyyarənin mühərrikləri anidən dayanır. Təyyarə yerə doğru şığıyır lakin bu Frenk üçün ən pis xəbər olmur. Təyyarənin anidən arxa qapısı açılır və Frenk təyyarədən çölə sovrulur. Göydə paraşütsüz uçan Frenk sonda samanlığın üzərinə düşür. Təyyarədəki bütün sərnişinlər həyatını itirsə də Frenk bir-iki sınıqla xilas olur.

İki il sonra Frenk avtobusla səyahət edərkən avtobus anidən körpüdən yerə çırpılır. 4 nəfər ölür, amma Frenk sağ çıxır.

 

İctimai nəqliyyatdan qorxan Frenk özünə maşın alır. Bir gün avtomobili ilə gedərkən maşını anidən alovlanır, Frenk çölə tullanaraq xilas olur. 3 il sonra Frenk yeni maşını ilə səyahət edərkən maşın yenə də alovlanır. O, kiçik xəsarətlərlə sağ qalmağa nail olur.

1995-ci ildə isə avtobus Frenki vurur, amma yenə də Frenk sağ qalır. 1996-cı ildə isə yük maşını Frenkin maşını ilə toqquşaraq onun maşınını dərəyə doğru aşırdır. Onun maşını 90 metr hündürlükdən yerə çırpılır. Ancaq Frenk maşın yerə çırpılmamışdan öncə ağaclığa tullanmağı bacarır.

2003-cü ildə isə Frenkin bəxti 180 dərəcə dönür. 72 yaşlı Frenk 40 ildən sonra ilk dəfə lotoreya bileti alır və qalib gəlir. Beləliklə də Frenk indiyə qədər yaşamış ən şanslı şansız adam kimi öz adını tarixə yazdırır.

  DİGƏR XƏBƏRLƏR