“Qalatasaray”ın keçmiş futbolçusu İngiltərədə saxlanılıb

Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Emmanuel Ebue İngiltərədə saxlanılıb.

“Report”un “The Mirror”a istinadən verdiyi məlumata görə, kot divuarlı keçmiş müdafiəçi evləri yandırmaqda və hədə-qorxu gəlməkdə ittiham olunur. Onun müxtəlif şəxslərə hədə-qorxu məzmunlu məktublar göndərməkdə əlinin olduğu güman edilir.

Yaxınları Ebuenin psixi sağlamlığından ehtiyatlanırlar. O, hazırda maddi sıxıntılarla üz-üzədir.

Qeyd edək ki, Emmanuel Ebue əvvəllər Belçikanın “Beveren”, İngiltərənin “Arsenal” və “Sanderlend” klublarında da forma geyinib. O, “Qalatasaray”da 2011 – 2015-ci illərdə çıxış edib. 2017-ci ilin sentyabrında Ebuedən HİV virusu aşkarlanıb.

  DİGƏR XƏBƏRLƏR