Qaxda yol qəzası baş verib, üç nəfər xəsarət alıb

Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qorağan-Qax avtomobil yolunun 13-cü kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax rayon Zəyəm kənd sakini 1956-cı il təvəllüdlü Cuma Abdulhəmid oğlu Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon sakini Borixaşvili Qriqor Yordanoviçin sükanı arxasında olduğu “Opel” markalı avtomobil toqquşub.

Hadisə zamanı “Opel”in sürücüsü xəsarət almasa da, “Mercedes”in sürücüsü C.Eyvazov və sərnişinləri – Tasmalı kənd sakinləri – 1939-cu il təvəllüdlü Cavid Paşa oğlu Rəşidov və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Rübənd Abdulhəd qızı Rəşidova aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, hər üç yaralıya ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR