“Real” Ronaldonun əvəzinə onu alır: 190 milyona

Ronaldonu “Yuventus”a satdıqdan sonra yerini doldurmağa çalışan “Real” səs-küylü transferə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “kral klubu” Eden Azarın keçidini rəsmiləşdirməyə yaxındı.

Bu barədə iddia ilə Fransanın “Le10sport” nəşri çıxış edib.

İddiaya əsasən, iki klub arasında artıq razılıq əldə olunub. Razılığa görə, Madrid klubu Azar qarşılığında “Çelsi”yə 190 milyon avro ödəyəcək. Ona Ronaldodan boşalan 7 nömrəli forma həvalə olunacaq.

Qeyd edək ki, Azar ötən mövsüm Premyer Liqada 34 matçda 12 qol vurub, 4 qolun ötürməsini verib.

  DİGƏR XƏBƏRLƏR