Sabirabadda toyda kütləvi dava zamanı 3 nəfəri bıçaqlayan şəxslər saxlanılıblar

Sabirabadda toyda kütləvi dava zamanı 3 nəfərə xəsarət yetirən şəxslər saxlanılıblar.

“Report”un yerli bürosunun məlumatına görə, Sabirabadın Moranlı kəndində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı kənd sakinləri 1994-cü il təvəllüdlü Abbasov İlkin Taleh oğlu,1994-cü il təvəllüdlü Abbasov Ədalət İbrahim oğlu və 1995-ci il təvəllüdlü İmanov Feyruz Alim oğlu bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Cavadlı Kamran Akif oğlu, Cavadlı Kənan Akif oğlu və Əliyev Əli Saday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyə Şöbəsinə yerləşdiriliblər və vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR