Şirvan sakini Kürdə boğularaq ölüb

Şirvan sakini Kür çayının Sabirabad hissəsində boğularaq ölüb.

“Report”un Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhər sakini 1988-ci il təvəllüdlü Pirverdiyev Samir Yavər oğlu Kür çayında üzmək üçün çaya girib. O, boğulub.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Xilasedicilər mərhumun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR