Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən  xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb.

Prezidentlər Suriyadakı vəziyyəti və terrorçu PKK/YPG-PYD silahlılarının Menbicdən çıxmasını müzakirə ediblər.

Bu danışığın Rusiya prezidenti Vladimir Putinlə Donald Trampın Helsinkidə keçirilən görüşündən əvvəl olduğu bildirilir.

  DİGƏR XƏBƏRLƏR