Türkiyədə avtobus aşıb, 3 nəfər ölüb, 30 nəfər yaralanıb

Türkiyənin Mersin-Aslanköy avtomobil yolunda avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, yaralıların çoxu suriyalı qaçqınlardır.

Məlumata görə, avtobusdakılar kənd təsərrüfatı işçiləri olublar. Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Yaralılar Mersində müxtəlif xəstəxanalara yerləşdiriliblər.

  DİGƏR XƏBƏRLƏR