“WhatsApp”da yeni funksiya

“WhatsApp” messencerinin son yenilənmiş versiyasında “Göndərilmiş məktub” işarəsi peyda olub.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat verilib.

“Bu funksiya sizə başqa istifadəçilərdən göndərilmiş mesajları müşayiət edəcək. Bu əlavə informasiya fərdi və qrup çatlarında daha yaxşı hərəkət etməyinizə kömək göstərəcək. Bu nişanə sayəsində öyrənəcəksiniz ki, sizə göndərilmiş mesaj həqiqətən dostunuz və ya yaxınınız tərəfindən yazılıb, yoxsa onlar sizə başqası tərəfindən yazılmış mesajı göndəriblər?” – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu ay “WhatsApp”da kanal yaratmaq funksiyası da istifadəyə verilib. Daha əvvəl eyni funksiyanı yalnız “Telegram” təklif edirdi.

  DİGƏR XƏBƏRLƏR