Yaponiyada qasırğanın yaxınlaşması səbəbindən 150 mindən çox aviareys ləğv edilib

“Condari” adlı güclü qasırğanın  Yaponiyanın cənub şərq sahillərinə doğru yaxınlaşması 152 daxili reysin ləğvinə səbəb olub.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, qasırğa saniyədə 40 metr sürətlə hərəkət edir, istənilən halda saniyədə 55 metrə çata bilər.

Qeyd olunur ki, qasırğa bölgəyə bol yağıntı və güclü külək gətirə bilər.

Xəbər verildiyi kimi, Yaponiyada baş verən “Prapirun” qasırğası səbəbindən 18 nəfər xəsarət alıb.

  DİGƏR XƏBƏRLƏR