Avropa Liqasının oyunu zamanı hakimin başı yarılıb – VİDEO

Avstriyada “Şturm” və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, 78-ci dəqiqədə tribunadan atılan şüşə qab yan xətt hakiminin başına dəyib.

Nəticədə yerə yıxılan laynsmanın başı qanayıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.

“Şturm”un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. Habelə, insidentin səbəbkarının saxlanıldığı açıqlanıb.

Hadisə zamanı AEK 2:0 hesabı ilə öndə olub. Görüş 40 dəqiqə sonra bərpa edilib və elə bu hesabla da yekunlaşıb.

  DİGƏR XƏBƏRLƏR