Azərbaycan Premyer Liqasında II tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, turun qarşılaşmaları iki günü əhatə edəcək. Açılış matçında “Səbail” ötən mövsümün qalibi “Qarabağ”la üz-üzə gələcək. Ağdam təmsilçisinin ilk turda “Zirə” ilə görüşü təxirə salındığından komanda cari mövsümdə ilk oyununu keçirəcək. Yalnız ötən mövsüm qarşılaşan kollektivlərin bütün oyunlarında “Qarabağ” qələbə qazanıb. “Səbail” 4 matçın heç birində rəqib qapısına qol vura bilməyib.

Ölkə kubokunun sonuncu qalibi “Keşlə” səfərdə “Zirə” üz-üzə gələcək. Son iki qarşılaşmada “Keşlə” rəqibini 2:1 hesabı ilə üstələyib. “Zirə” meydanı qolsuz tərk etmədiyi ardıcıl 8 oyunun hərəsində 1 dəfə fərqlənib. Bu komandalar indiyədək 12 dəfə qarşılaşıblar. Qəsəbə komandası 2, rəqibi isə 3 dəfə qələbə qazanıb. Topların fərqində də “Keşlə” öndədir – 11:10.

Turun digər iki qarşılaşması isə avqustun 19-da baş tutacaq. Premyer Liqanın debütantı “Sabah” Masazırda “Sumqayıt”ı qəbul edəcək. Bu komandalar indiyədək rəsmi oyunlarda qarşılaşmayıblar. İlk turda “Keşlə”ni məğlub edən Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv ikinci görüşdə də yaxşı nəticə qazanmağa çalışacaq. “Neftçi”yə məğlub olan “Sumqayıt” isə mövsümdə ilk xallarını qazanmağa cəhd edəcək.

Həftənin son oyunu isə “Neftçi” və “Qəbələ” komandaları arasında olacaq. Bu kollektivlər daha öncə 40 dəfə qarşılaşıblar. 17 oyunda “Neftçi”, 15-də isə “Qəbələ” meydanı 3 xalla tərk edib. Topların fərqi isə bərabərdir 51-51. Son 5 oyunda meydanı qolsuz tərk etməyən “Neftçi” ardıcıl 2 qələbə qazanıb. Komandalar son 2 mövsümdəki 8 matçda heç-heçə etməyib.

Azərbaycan Premyer Liqası

18 avqust (şənbə)

18:30. “Səbail” – “Qarabağ”

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

“Bayıl Arena”

20:30. “Zirə” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

“AZAL Arena”

19 avqust (bazar)

18:30. “Neftçi” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Rövşən Əhmədov

“Dalğa Arena”

20:30. “Sabah” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

“Əlincə Arena”

  DİGƏR XƏBƏRLƏR