Bakıda üçmərtəbəli yaşayış binasında yanğın olub – VİDEO – YENİLƏNİB

Video əlavə olunub


*** 16:33

Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbərinə görə, hadisə rayonun Sübhi Salayev küçəsində qeydə alınıb.

Belə ki, söküntü ərazisində başlayan yanğın yaşayış binasına keçib, nəticədə binanın dam örtüyü və 3 mənzil yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını söndürüb.

Sakinlər qeyd edib ki, ərazidə tikinti işlərini iş adamı İbrahim İbrahimov (Hacı İbrahim) aparır.

  DİGƏR XƏBƏRLƏR