Bakıda yaşıllıq ərazidə obyekt tikilir – nazirlik araşdırmalara başladı (FOTOFAKT)

Bakıda yaşıllıq zona məhv edilir. Bu barədə Trend-ə Bakı şəhər sakini Vüsal Kərimov məlumat verib.

Onun sözlərinə görə, bu vəziyyət paytaxtın Nizami rayonunda qeydə alınıb:

“Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 42 ünvanında (“Siyaqut Plaza” şadlıq sarayının arxası, 42 nömrəli binanın ərazisi) yaşıllıq ərazidə obyekt tikintisi üçün beton tökülür”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Trend-ə bildiriblər ki, qurumun əməkdaşları məsələ ilə bağlı araşdırmalara başlayıb.

  DİGƏR XƏBƏRLƏR