Biləsuvarda motosiklet qəzası baş verib, sürücü ölüb

Biləsuvar rayon sakini motosiklet qəzasında ölüb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 17-də Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində Aranlı kənd sakini Ənvər Əliyev idarə etdiyi “İJ” markalı motosikleti aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

  DİGƏR XƏBƏRLƏR