BMT-nin keçmiş baş katibi vəfat edib

BMT-nin keçmiş baş katibi Kofi Annan vəfat edib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, o, İsveçrənin Bern şəhər xəstəxanasında 80 yaşında dünyasını dəyişib.

K.Annanın qısa sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, o, 1997-2006-cı illərdə BMT-nin baş katibi olub. 2001-ci ildə Nobel sülh mükafatına layiq görülüb.

  DİGƏR XƏBƏRLƏR