Daşkəsəndə yeniyetmə çayda boğulub

Daşkəsən rayonunda yeniyetmə çayda boğulub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Qoşqarçay çayın rayonun Aşağı Daşkəsən qəsəbəsindən keçən hissəsində baş verib. Hələlik kimliyi məlum olmayan 15-16 yaşlı yeniyetmə oğlan çayın qarşısı kəsilərək yaradılmış gölməçədə çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR