Fransa yığmasının üzvü “Beşiktaş”ın futbolçusunun rekordunu yeniləyib

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba “Beşiktaş”ın futbolçusu Rayan Babelin rekordunu yeniləyib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, Mançester təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin oynadığı son 11 oyunda meydanı qələbə ilə tərk edib. Bu nəticə daha əvvəl 2007-2011-ci illər aralığında “Liverpul”un formasını geyinən Rayan Babelə məxsus idi.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün açılış oyununda doğma meydanda “Lester Siti”ni 2:1 hesabı ilə məğlub edib. Komandanın heyətində ilk qolu Fransa yığmasının da şərəfini qoruyan Pol Poqba vurub.

  DİGƏR XƏBƏRLƏR