Gəncədə Göygöl sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Gəncədə kişi hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Göygöl rayon sakini olan, Siyavuş Bayram oğlu Məmmədov yarımçıq tikilidən yıxılaraq ağır xəsarət alıb.

Hündürlükdən düşərkən ağır kəllə-beyin tramvası alan S.Məmmədovun müalicəsi yerləşdirildiyi xəstəxanada davam edir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

  DİGƏR XƏBƏRLƏR