Genuyada “körpü qurbanları”nın sayı 41-ə çatıb

Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.

Dağıntılar altında içində bir ailə – ata, ana və 9 yaşlı oğulları – olan avtomobil tapılıb.

Bundan əvvəl hadisə nəticəsində 38 nəfərin həlak olduğu deyilirdi. İki nəfər itkin düşmüş hesab edilir.

Hazırda 10 yaralı xəstəxanadadır, onlardan 9-nun vəziyyətin ağırdır.

Qeyd edək ki, faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunub.

  DİGƏR XƏBƏRLƏR