İspaniya sahilində dənizdə batan qadın dronun köməyilə xilas edilib

İspaniya sahilində dənizdə batan qadın dronun köməyilə xilas edilib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə Aralıq dənizinin sahilində – İspaniyanın Saqunto şəhəri yaxınlığında baş verib.

Xilasedicilər sahilə qayıtmağı bacarmayan qadına kömək etmək üçün pilotsuz uçuş aparatından istifadə ediblər. Dronun operatoru uçuş aparatını qadın olan istiqamətə yönəldərək ona xilasedici jilet göndərib. Bunun sayəsində qadın hidrosikl gəlincə suda qala bilib. Xilasedicilər qadını çimərliyə buksirə qoşulmuş “xərək”də çatdırıblar.

  DİGƏR XƏBƏRLƏR