İstanbulda corab fabrikində yanğın

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın corab istehsal olunan fabrikdə qeydə alınıb.

Əraziyə çox sayda xilasedicilər, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

Hadisənin səbəbi araşdırılır.

  DİGƏR XƏBƏRLƏR