Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Kanadada hidrotəyyarə qəzaya uğrayıb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hadisə Britaniya Kolumbiyası vilayətində baş verib. Səmaya qalxan hidrotəyyarə az sonra Tayoton gölünə düşüb. Hadisə zamanı hava maşınında pilot və 2 sərnişin olub. Əraziyə gələn xilasedicilər 20 yaşlı sərnişinin cəsədini aşkarlayıblar. Onun həmyaşıdı olan pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha bir sərnişin isə itkin düşüb. Hazırda onun axtarışları aparılır.

Şahidlərin sözlərinə görə, təyyarə səmaya qalxdıqdan dərhal sonra yerə düşüb. Qəzanın səbəbləri araşdırılır.

  DİGƏR XƏBƏRLƏR