“Qararbağ”ın Avropa Liqasının “pley-off” mərhələsində rəqibi bəlli oldu

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyunları başa çatıb.

Trend-in məlumatına görə, təsnifat mərhəlsi çərçivəsində İslandiyanın “Valur” klubu ilə Moldovanın “Şerif” klubu üz-üzə gəliblər. Oyun İslandiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: H.Siqurdsson – 1:0 (40-cı dəqiqə), Z.Badibanqa – 1:1 (66-cı dəqiqə), K.Halldorsson – 2:1 (90+1-ci dəqiqə).

Xatırladaq ki, ilk oyun “Şerif”in 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, UEFA Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ” – “Şerif” cütü üz-üzə gələcəklər.

  DİGƏR XƏBƏRLƏR