Xətai sakinləri tikintidən şikayətlənirlər – FOTO

Bakı şəhəri, Xətai rayonu Süleyman Vəzirov küçəsinin sakinləri ərazidəki tikintidən şikayətlənirlər.

“Report” xəbər verir ki, sakinlər tikinti şirkətinin ərazini müvafiq hasara almamasından narazılıq edirlər. Bu səbəbdən küləkli günlərdə havaya sovrulan qum və torpaq ətrafdakı evlərə, dayanacaqdakı maşınlara ziyan vurur.

Tikintini həyata keçirən “Azenco Group” MMC-nin nümayəndəsi kimi özünü təqdim edən Murad adlı şəxs “Report”a açıqlamasında şikayətə aydınlıq gətirib. O bildirib ki, hazırda kanalizasiya xətlərinin çəkilişilə bağlı kiçik həcmli işlər görülür: “Perimetr boyu telekommunikasiya xətləri keçdiyi üçün hasarlanma işi müvəqqəti olaraq təxirə salınıb. Belə ki, aidiyyəti qurum yaxın günlərdə orada təmir və yenilənmə işləri görəcək”.

Nümayəndə əlavə edib ki, onların işi bitikdən sonra ərazi tam şəkildə qapadılacaq və sakinlərin haqlı şikayətinə son qoyulacaq.




  DİGƏR XƏBƏRLƏR