1 milyon dollarlıq hipotez həll edildi

Dünya şöhrətli riyaziyyatçı 1859-cu ildən bəri həllini gözləyən misalı həll etdiyini iddia edib.
Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, bir çox mükafatlara, həmçinin 1966-cı ildə “Fields” medalına sahib çıxmış 89 yaşlı Maykl Atiyah Heydelberq Lauriyat Forumunda çıxış edib. O, alman riyaziyyatçısı Bernhard Riemann tərəfindən irəli sürülən Reimann hipotezini həll etdiyini iddia edib. Hipotez yalnız 1-ə və özünə bölünə bilən əsli ədədlərlə bağlıdır və həll edilsə, əsli ədədləri tapmaq daha asan olacaq. Sonuncu dəfə ən böyük əsli ədəd 26 dekabr 2017-ci ildə tapılıb. Böyük əsli ədədlər kriptoqrafiyada (şifrləmə) böyük əhəmiyyətə sahibdir.
Hipotezin sübutu çox çətin olduğu üçün 2000-ci ildə “Əsrin mükafatı” yəni 1 milyon dollar təyin edilib. Alimlər Atiyahın misalın doğru həllini tapmasına şübhə ilə yanaşırlar.

  DİGƏR XƏBƏRLƏR