ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə “Report” WBTW telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Florida ştatında, Merion dairəsinin şosesi yaxınlığında qeydə alınıb. Qəza zamanı 1 nəfər ölüb.

Polis hadisənin başvermə şəraitini araşdırır. Hadisənin təfərrüatı açıqlanmır.

  DİGƏR XƏBƏRLƏR