Ankarada ƏMƏLİYYAT – İŞİD-in 4 üzvü saxlanılıb

Türkiyənin paytaxtı Ankarada keçirilmiş əməliyyat nəticəsində İŞİD terror təşkilatının 4 üzvü saxlanılıb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, daha bir terrorçunun axtarışları davam etdirilir.

Əməliyyat zamanı bir sıra mənzillərdə axtarış aparılıb və həmin şəxslərin Suriyada qanunsuz birləşmələrin tərkibində iştirak etdiyini təsdiqləyən sənədlər və videomateriallar aşkar edilib.

Xatırladaq ki, bu ilin iyul ayında İstanbulda İŞİD-in 33 üzvü saxlanılmışdı.

  DİGƏR XƏBƏRLƏR