ATƏT PA bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun işinə dəstəyini ifadə edib

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun işinə dəstəyini ifadə edib.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir:

“O, ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin işinə dəstəyini bir daha ifadə edib, amma vurğulayıb ki, konkret nəticələrin və irəliləyişin əldə olunması üçün əsas məsuliyyət münaqişə tərəflərinin siyasi rəhbərliyinin üzərinə düşür”.

Qeyd olunur ki, ATƏT PA-nın regionda fəaliyyətinə töhfə verməsi üçün G.Sereteli qurumun Cənubi Qafqaz regionu üzrə yeni Xüsusi nümayəndəsini təyin edəcək.

  DİGƏR XƏBƏRLƏR