Azərbaycan Ordusunun təlimləri zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır

Azərbaycan Ordusunun təlimləri növbəti mərhələsində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkili məqsədilə əvvəlcədən qəbul edilmiş qərarlar maket və xəritə üzərində dəqiqləşdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri qərargahlarda ətraflı işlənilir.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.

  DİGƏR XƏBƏRLƏR