Bakı Metropoliteninin əməkdaşı iş başında ölüb

Bakı Metropoliteninin əməkdaşı iş başında ölüb.

Bu barədə Trend-ə Bakı Metropolitenindən məlumat verilib.

Belə ki, mühəndis 1957-ci il təvəllüdlü Vaqif Mikayılov “İnşaatçılar” stansiyasında ötən gün işdə olan zaman dünyasını dəyişib.

Məlumata görə, Bakı Metropoliteni QSC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin mühəndisi olan V.Mikayılov ürəktutmasından vəfat edib.

  DİGƏR XƏBƏRLƏR