Hərbi təyyarələr Bakı buxtası üzərində uçuşlar keçirib

Hərbi təyyarələr Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Bakıda uçuşlar keçirib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, uçuşlar, əsasən, paradın keçiriləcəyi “Azadlıq” meydanı və Bakı buxtasının üzərindən olub.

Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

Qeyd edək ki, sentyabrın 15-də Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.

  DİGƏR XƏBƏRLƏR