Həyat yoldaşına tüfənglə xəsarət yetirən Kürdəmir sakini tutulub

Sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə xəstəxanaya gətirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən – əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR