İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 832 nəfərə çatıb

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı azı 832 nəfərə çatıb.

“Report” AFP nəşrinə istinadən xəbər verir ki, bundan əvvəl ölənlərin 420 nəfər olduğu bildirilirdi.

Sentyabrın 28-də ölkənin Palu şəhəri ərazisində 7,5 maqnituda gücündə zəlzələ baş verib. Onun ardınca sunami yaranıb, dalğaların hündürlüyü 2 metrə çatıb.

  DİGƏR XƏBƏRLƏR