İranda yol qəzası – 21 ölü, 3 yaralı

İranın İsfahan vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 21 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Qəza ötən gecə 23.15 radələrində baş verib. Tehrandan Kərmana hərəkət edən sərnişin avtobusu, yanacaq daşıyan avtomobil ilə toqquşub.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

  DİGƏR XƏBƏRLƏR