Jurnalist Nigar İsmayılqızı 34 yaşında vəfat edib

Jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü Nigar İsmayılqızı ağır xəstəlikdən sonra 34 yaşında vəfat edib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbərinə görə, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.

İsmayılova Nigar İsmayıl qızı 1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AZTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib.

Allah rəhmət eləsin!

  DİGƏR XƏBƏRLƏR