Millimizin növbəti sınağı

Bu gün millimiz UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, Azərbaycan yığması turnirin qrup mərhələsi çərçivəsində səfərdə, “Ta Qali” stadionunda Maltanın qonağı olacaq.

Matçı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, millimiz Millətlər Liqasının birinci tutu çərçivəsində Bakıda Kosova komandası ilə qolsuz bərabərə qalmışdı.

  DİGƏR XƏBƏRLƏR