Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, sentyabrın 29-da saat 10:00-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində keçiriləcək qəbula vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

  DİGƏR XƏBƏRLƏR