Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək

Oktyabrın 1-i üçün respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20°, gündüz 24-28° isti, Bakıda gecə 19-20°, gündüz 25-27° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti təşkil edəcək.

  DİGƏR XƏBƏRLƏR