“TURAZ Şahini – 2018” təlimləri davam edir (FOTO)

“TURAZ Şahini – 2018” birgə taktiki-uçuş təlimlərinin planına əsasən döyüş təyyarələri verilmiş hündürlükdə marşrut üzrə birgə uçuşlar yerinə yetiriblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərin növbəti günündə şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmək üzrə tapşırıqlar yerinə yetirilib, onun qırıcı aviasiyasından yayınma manevrləri icra edilib.


  DİGƏR XƏBƏRLƏR