Türkiyədə yenə meşə yanır – Vertolyotlar səfərbər edildi

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunda meşədə yanğın başlayıb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, hazırda yanğının söndürülməsi üçün operativ işlər aparılır, yanğınla mübarizəyə vertolyotlar da cəlb edilib.

Qeyd edək ki, Türkiyə ərazisinin 27,6 faizini meşələr təşkil edir.

Türkiyədə 1937-ci ildən 68 mindən çox meşə yanğını qeydə alınıb.

  DİGƏR XƏBƏRLƏR