UEFA Millətlər Liqası: İspanlar dünya ikincilərinin qapısından 6 cavabsız qol keçirdi

UEFA Millətlər Liqasının A Liqasının 4-cü qrupunda İspaniya və Xorvatiya yığma komandaları qarşılaşıb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, Elçe şəhərinin “Manuel Martines Valero” stadionunda keçirilən oyunda meydan sahibləri ispanlar 6:0 hesabı ilə qələbə qazanıblar.

Qollar: Saul (24’), Asensio (33’), Kaliniç (avtoqol, 35’), Rodriqo (50’), Ramos (57’), İsko (70’).

  DİGƏR XƏBƏRLƏR