Vergilər naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarovsentyabrın 24-də, saat 11:00-də Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinlərini qəbul edəcək.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-21 sentyabr 2018-ci il tarixlərində Şəmkir rayonunda 14 saylı Ərazi Vergilər İdarəsinə, Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinə, Naftalan, Goranboy, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

  DİGƏR XƏBƏRLƏR