Əfqanıstanda vertolyot qəzası: 25 ölü (YENİLƏNİB)

Əfqanıstanın Fərəh vilayətində vertolyotun qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, ölənlərin arasında məmurların da olduğu bildirilir.

Qəzanın səbəbi hələ məlum deyil.

X X X

10:38

Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə ölkənin qərbində, Fərəh vilayətində baş verib.

“Pajhwok” agentliyi qəza nəticəsində ölənlərin olduğunu istisna etmir.

“1TV” telekanalı xəbər verir ki, vertolyotun göyərtəsində 20 nəfər, o cümlədən vilayət şurasının rəhbəri olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

  DİGƏR XƏBƏRLƏR