ABŞ-a məxsus vertolyot Filippin dənizində gəmiyə düşdü

ABŞ-ın “Sikorsky MH-60 Seahawk” vertolyotu qəzaya uğrayıb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, qəza nəticəsində vertolyot Filppin fənizndə “Ronald Reyqan” aviadaşıyıcısının üzərinə düşüb.

Hadisə ilə bağlı məlumat yayan ABŞ Hərbi Dəniz Qüvvələrindən bildiriblər ki, insident səhər saatlarında baş verib.

Yaralıların olduğu bildirilir, lakin dəqiq say deyilmir.

Hazırda yaralılara gəmidə tibbi yardım göstərildiyi qeyd edilir. Lazım olduğu təqdirdə yaralıların sahilə təxliyə ediləcəkləri bildirilib.

  DİGƏR XƏBƏRLƏR