ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Sebrinq şəhərində (Florida ştatı) helikopter treyler parkına düşüb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, helikopterin qəzaya uğraması nəticəsində azı 2 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Yerli polisin məlumatına əsasən, həlak olanlar helikopterdə, xəsarət alan şəxs isə yerdə olub.

“Fox10” telekanalının verdiyi məlumata əsasən, helikopterin qəzaya uğradığı yerdə 2 ev yanıb, hazırda yanğın yanğınsöndürənlər tərəfindən söndürülür. İnsident zamanı evlərdə heç kim olmayıb.

  DİGƏR XƏBƏRLƏR