Adnan Oktarın villası belə sökülür – Foto

İstanbulun Üsküdar məhəlləsində Adnan Oktara məxsus qaçaq tikintilərin sökülməsi işləri davam edir.

Modern.az xəbər verir ki, villanın söküləndən sonrakı görüntüləri yayılıb. Villanın çevrəsindəki ağaclar çox olduğuna görə, söküntü işləri üçün əraziyə xüsusi texnika gətirilib. Musavat.com-un məlumatına görə, villanın hər divarı, küncü dağıdılandan sonra ekspetlər onun üzərində araşdırma aparıb. Buna səbəb divarların arasında nələrinsə gizlədilə biləcəyi ehtimalıdır. Bu səbəbdən də 3 gün davam etməsi gözlənilən söküntünün 1 həftəyə qədər uzanacağı qeyd edilib.

İstanbul Bələdiyyəsi Boğaziçi İmar Müdirliyi və müvafiq strukturların nümayəndələri villanın yerləşdiyi Boğaz mənzərəli yerdəki 23 qaçaq tikilinin sökülməsi üçün səhər saatlarında yenidən çalışmağa başlayıb.

Həbs olunmasının ardınca bütün mal varlığına əl qoyulan Adnan Oktarın Qəndillidə yerləşən villası da bu siyahıda olub. Bir neçə gün öncə villa içərində yerləşən əşyalar boşaldıldıqdan sonra söküntü işləri ilə məşğul olan heyət əraziyə gələrək, villa və onun ətrafında yerləşən 23 qaçaq tikintinin sökülməsi işlərinə başlamışdı.

  DİGƏR XƏBƏRLƏR