“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizinə məktəblər də qoşulur (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi altında payız ağacəkmə aksiyasına Bakı şəhəri Suraxanı rayonu 316 nömrəli tam orta məktəb də qoşulub.

ETSN-dən Trend-ə verilən məlumata görə, 30 oktyabr 2018-ci il tarixində müəllim və şagird heyətinin iştirakı ilə məktəbin həyətyanı sahəsində çoxlu sayda müxtəlif cinsli ağaclar əkilib.

ETSN ağacəkmə aksiyalarına qoşulanlara təşəkkür edir.


  DİGƏR XƏBƏRLƏR